AZ
EN

HAQQIMIZDA

Fəaliyyətimizin əsası Türkiyə Respublikasında qoyulsa da, Xəzər və Mərkəzi Asiya regionlarına qədər vüsət alır.  

 Əsas məqsədimiz Şərqlə Qərb arasında körpü rolu oynamaqdır. Dünyada bir çox investisiya və mühəndislik şirkətlərinə regional həll ortağı və konsultant kimi xidmət göstərərək onların yerli fəaliyyətini dəstəkləyir və eləcə də, həmin şirkətləri həlledici və xüsusi nou-hou ilə təmin edirik.  

 Komandamız əsasən neft, enerji və maliyyə sektoru üzrə ixtisaslaşmış mütəxəssislər və gənc sahibkarlardan ibarətdir.  Qərb şirkətləri öz layihələrinin onlara tam bəlli olmayan regionlarda həyata keçirilməsi üçün daima təkmilləşən informasiya texnologiyaları ilə bərabər həmin ərazidə yüksək profilli konsultantlarının olmasını tələb edir; və məhz bu da, bütün dünyada biznesin idarə edilməsi üsullarını kəskin şəkildə dəyişmişdir. Bütün bunlardan nəticə çıxardaraq 2004-cü ildə “Artıq vaxtdır!” deyib yaxşı tanıdığımız bölgələrdə öz imkanlarımızı sınamaq qərarına gəldik. 

 Biznesə başlayarkən qarşımıza qoyduğumuz hədəflərə artıq nail olmuşuq; 2006-cı ildən etibarən Triton Consulting MMC Azərbaycan və  onun partnyor şirkətləri vasitəsilə bir çox Avropa şirkətlərinə Azərbaycan və Türkiyədə layihələrini həyata keçirməsi üçün konsultant olaraq xidmət göstərmişik. 

 2017-ci ilin sonlarından etibarən isə müştəri bazamızla bərabər xidmət sahəmizi də genişləndirmək qərarına gəldik.  Əsas hədəfimiz ən yaxşı bildiyimiz sahədə tərəfdaşlarımıza dəstək olmaqdır. Şirkətimizi gücləndirməkdə məqsəd xarici şirkətlərə xidmət göstərməklə yanaşı Avropa, Orta Şərq və Afrika regionunda (əsasən Türkiyə, Azərbaycan, Gürcüstan, Qazaxıstan, və Özbəkistan)  biznesi olan/qurmağı planlaşdıran Amerika Birləşmiş Ştatları şirkətlərini müştəri bazamıza əlavə etməkdir.  

 Son zamanlar şirkət olaraq daha yüksək korporativ struktura keçmiş olsaq da,   əsas dəyərlərimizə sadiq qalmışıq. Müştərilərimizlə münasibətlərdə etimadı əsas tutaraq qeyd etmək olar ki, iş həcmindən asılı olmadan hər yeni Müştəri şirkət ailəmizin bir üzvü hesab edilir.