"Triton Consulting" MMC May ayının 7-də "Heydər Əliyev adına Neftayırma Zavodunun yenidənqurulması" layihəsi ilə bağlı layihənin mühəndis, təchizat və tikinti podratçısı "KT-Technimont" JV şirkətinin iştiraki ilə təqdimat təşkil etmişdir. Təqdimatda Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi, Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin əməkdaşlarına Neftayırma Zavodunun yenidənqurulması layihəsi barəsində ətraflı məlumat verilmiş, onların zavodun təhlükəsiz fəaliyyəti ilə bağlı sualları cavablandırılmışdır.